Reyhan Qəhrəmanova 2026-cı il Rusiya çempionatında 10 km məsafəyə idman yerişi üzrə çempion olub
Mövsümün dünya reytinqində lider olan Reyhan Qəhrəmanova Yekaterinburqda keçirilən Rusiya Atletika Çempionatının ikinci yarış günündə 10 000 metr məsafəyə idman yerişi yarışının qalibi olub. Oxuməni.az xəbər verir ki, bu barədə "championat.com" məlumat verib.
Qəhrəmanova məsafəni 44 dəqiqə 33,69 saniyəyə qət edib. Gümüş medalı 44 dəqiqə 51,23 saniyə nəticə göstərən Kristina Lyubuşkina qazanıb. Bürünc medal isə 45 dəqiqə 14,58 saniyə nəticə ilə Viktoriya Bikuzinaya nəsib olub.
Xatırladaq ki, iyun ayında Reyhan Qəhrəmanova Çeboksarıda keçirilən Rusiya Kubokunun qalibi olmuş və 42 dəqiqə 38,03 saniyə nəticə ilə mövsümün dünya üzrə ən yaxşı göstəricisini müəyyənləşdirmişdi. O, bu nəticə ilə Peru təmsilçisi Kimberli Qarsiya-Leonu (42 dəqiqə 45,06 saniyə) dünya reytinqində geridə qoymuşdu.
Reyhan bildirib ki, Yekaterinburqda hava şəraiti yüksək nəticələrin əldə olunmasına imkan verməyib.
Qeyd edək ki, Reyhan İbrahim qızı Qəhrəmanova (1 iyul 1997-ci il, Tekeli, Almatı vilayəti, Qazaxıstan) — idman yerişi üzrə ixtisaslaşmış Rusiya atletidir. BRİKS Oyunlarının çempionu, Rusiyanın dəfələrlə çempionu, beynəlxalq dərəcəli idman ustasıdır.
Almaz Həsənli





































































.jpg-2.jpg)



















