İstanbulda fırtına nəticəsində  təyyarələr hava limanına enə bilməyiblər

İstanbulda fırtına nəticəsində təyyarələr hava limanına enə bilməyiblər

11:23
Bəyəndim (1) Bəyənmədim (0)


Güclü külək və əlverişsiz hava şəraiti səbəbindən təyyarələr İstanbul və Sabiha Gökçen Hava Limanına enə bilməyiblər. Oxuməni.az xəbər verir ki, bu barədə İstanbul Hava limanı rəhbərliyinin açıqlamasında deyilir.

İstanbul Meteorologiya Baş İdarəsinin, xüsusən də şimal rayonlarında etdiyi xəbərdarlıqdan sonra axşam saatlarında əlverişsiz hava şəraiti yaranmağa başladı.

İstanbulun şimalında güclü külək və görünürlük azalması səbəbindən təyyarələr havada dövrə vurmağa məcbur olublar.

İstanbul Valiliyinin yaydığı açıqlamada deyilir: "22 iyul Çərşənbə günündən etibarən İstanbulda arabir leysan yağıb və bəzən ildırım çaxıb. Şəhərin qərb hissələrində (Çatalca, Silivri, Arnavutköy və Büyükçekmece) günortadan sonra, axşam isə şəhərin bəzi yerlərində yağan leysan hava limanlarının fəaliyyətinə mane olub. 23-26 iyul tarixləri arasında da şəhərdə güclü leysan yağacağı və ildırım çaxacağı gözlənilir. Şimaldan və şimal-şərqdən (poyraz) əsən küləklər bəzən mülayim, bəzi yerlərdə güclü (saatda 30-50 km) olacaq və şənbə günü qısa müddətə 40-60 km/saata çatacaq. Bundan əlavə, hazırda mövsümi normadan 1-3°C yüksək olan temperaturun cümə axşamından etibarən əhəmiyyətli dərəcədə aşağı düşəcəyi gözlənilir. İstanbul sakinləri daşqın, su basması, yağış zamanı güclü külək və nəqliyyatın hərəkətində problemlər kimi mənfi hadisələrə hazır olmalıdırlar."

Əziz Mustafa