Rosselxoznadzor iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət qoyacaq
Rosselxoznadzor Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq. Oxuməni.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
TASS-ın məlumatına görə, məhdudiyyətlər 27 iyul 2026-cı il tarixindən qüvvəyə minir.
Qeyd olunur ki, iyulun 14-dən 21-dək qurumun mütəxəssisləri Rusiyaya süd məhsulları tədarük edən Ermənistanın süd emalı müəssisələrində yoxlama aparıblar. Yoxlamanın nəticələrinə görə, məhsulların istehsalında xəstə heyvanlardan alınan süddən istifadə edildiyi aşkar olunub.
Qurumun məlumatında deyilir: "Aşkar edilmiş pozuntuları nəzərə alaraq, Rosselxoznadzor xüsusi təhlükəli infeksiyaların Rusiyaya keçməsinin və daxili bazarda təhlükəsiz olmayan süd məhsullarının satışının qarşısını almaq üçün tədbirlər görüb".
Bundan əlavə, Ermənistanın baytarlıq xidmətinin yalnız yerli və ya Aİİ (Avrasiya İqtisadi İttifaqı) müəssisələrinin xammalından istifadə olunacağına dair əvvəlki təminatlarına baxmayaraq, Rusiya bazarı üçün yüksək yağlılıqlı məhsulların istehsalında üçüncü ölkələrdən gətirilən xammaldan istifadə faktları təsdiqlənib.
Daha əvvəl Rusiya qurumu Ermənistandan balıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri də genişləndirmişdi.
Almaz Həsənli
















































.jpg-2.jpg)



































