Almaniyada bank filialında baş verən girov böhranı bir nəfərin ölümü ilə nəticələndi

Almaniyada bank filialında baş verən girov böhranı bir nəfərin ölümü ilə nəticələndi

07:52
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Regensburq şəhərində bank filialında bıçaqla soyğunçuluq cəhdi və girov böhranı qanlı sonluqla başa çatdı. Stromer küçəsindəki filiala soxulub girov götürən bıçaqlı hücumçu xüsusi təyinatlıların əməliyyatı zamanı saxlanılıb. Dəhşətli anlarda iki nəfər xilas edilib və ağır yaralanan bank işçisi xəstəxanada ölüb.

Almaniyanın Regensburq şəhərindəki Stromer Strasse küçəsindəki bank filialında gərgin bir saat keçib. Bıçaq daşıdığı bildirilən bir quldur filiala soxularaq girov götürüb. Siqnalizasiya işə salındıqdan sonra hadisə yerinə böyük bir polis qüvvəsi, bir polis helikopteri və SWAT qrupları (SEK) göndərildi.

Oxuməni.az bu barədə Almaniya mətbuatına istinadən məlumat yayıb.

SWAT qrupları hadisə boyunca təhlükəsizlik qüvvələrindən heç bir tələb irəli sürməyən hücumçuya qarşı əməliyyata başladı. Əməliyyat zamanı bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs susduruldu və saxlanıldı.

Dəhşətli hadisələr zamanı iki nəfər filialdan təhlükəsiz şəkildə xilas edildi, lakin ağır yaralanan bank işçisi, görülən bütün tədbirlərə baxmayaraq, aparıldığı xəstəxanada öldü. Genişmiqyaslı araşdırma davam edir.

Əziz Mustafa