"Call of Duty" oyununun mərhum yaradıcısına məxsus nadir Pagani hərraca çıxarılır
Gələn ay RM Sotheby’s hərracında ən nadir "Pagani Huayra Roadster" superkarlarından biri satışa çıxarılacaq. Bu avtomobilin özəlliyi onun mexaniki ötürücü qutu ilə təchiz edilmiş ilk model olmasıdır. Həmçinin, bu nüsxənin sifarişçisi "Call of Duty" şuterlər seriyasının yaradıcılarından biri olan amerikalı videooyun tərtibatçısı Vins Zampella olub. O, ötən ilin dekabrında Kaliforniyada "Ferrari 296 GTS" idarə edərkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Lotun qiymətinin 5-7 milyon dollar arasında olacağı ehtimal edilir. Oxuməni. az xəbər verir ki, bu, RM Sotheby’s hərrac evinin veb saytında elan edilib.
"Ulduz müharibələri" saqasındakı Dart Veyderin kosmik dağıdıcısının şərəfinə "Executor" adlandırılan avtomobil, ABŞ bazarına çatdırılan ən bahalı və fərdiləşdirilmiş "Huayra Roadster" modellərindən biridir. Ümumilikdə, superkarın 148 açıq versiyası buraxılıb ki, bunlara 100 standart "Roadster", 40 "BC" versiyası və səkkiz "Imola Roadster" daxildir.
"Executor"-un kuzovu mavi çalarlı karbon lifindən hazırlanıb və göy-ağ rəngli vurğularla tamamlanıb. Model standart versiyadan alternativ ön bamper, stasionar arxa antiqanad, mühərrik bölməsinin üzərindəki "köpək balığı üzgəci" və damdakı hava girişini özündə birləşdirən genişləndirilmiş aerodinamik paketi ilə fərqlənir. Salonda qara və mavi dəri titan və karbon elementləri ilə uyğunlaşdırılıb.
Zampella bu avtomobili demək olar ki, sürməyib — yürüş məsafəsi cəmi 85 km-dir. Superkar 846 at gücü və 1049 Nm fırlanma anı hasil edən 6,0 litrlik biturbo "AMG V12" mühərriki ilə təchiz edilib və yeddi pilləli "Xtrac" mexaniki ötürücü qutu ilə işləyir.
Almaz Həsənli

































.jpg-2.jpg)


























.jpg)


























