Konfrans Liqası: “Zirə” səfərdə Estoniyanın "Paide" komandası ilə qarşılaşacaq

Konfrans Liqası: “Zirə” səfərdə Estoniyanın "Paide" komandası ilə qarşılaşacaq

11:10
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Zirə" komandası Konfrans Liqasının seçmə mərhələsinin ikinci turunun ilk oyununu keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, Rəşad Sadıxovun komandası Estoniyanın "Paide" komandası ilə səfərdə oynayacaq.

Oyun Pärnu Rannastadionda (Pärnu, Estoniya) keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oyunu moldovalı FIFA referisi Roman Jitar idarə edəcək.

Cavab matçı 30 iyulda Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.

Almaz Həsənli