Yürgen Klopp Almaniya milli futbol komandasının yeni baş məşqçisi təyin olunub

Yürgen Klopp Almaniya milli futbol komandasının yeni baş məşqçisi təyin olunub

20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Futbol Assosiasiyası Yürgen Kloppu futbol üzrə ölkə yığmasının yeni baş məşqçisi təyin edib. Oxuməni.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının (DFB) saytında gedən məlumatda deyilir.

59 yaşlı məşqçi ilə dörd illik müqavilə imzalanıb. Klopp öz növbəsində futboldan zövq alan bir komanda qurmaq istədiyini bildirib.

2025-ci ildən bəri Klopp Red Bull-un Beynəlxalq Əlaqələr Direktoru vəzifəsində çalışıb. Bundan əvvəl o, doqquz il "Liverpul"a rəhbərlik edib. Onun rəhbərliyi altında klub Çempionlar Liqasını, Premyer Liqanı, FA Kubokunu və Super Kubokunu, eləcə də iki İngiltərə Liqa Kubokunu qazanıb.

Əziz MUSTAFA