Brent markalı neftin qiyməti 98,83 dollara düşüb
Neft kotirovkaları ralli (kəskin bahalaşma) dövründən sonra enişə keçib. Oxuməni.az xəbər verir ki, bu barədə ICE birjasının ticarət məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə 1,86 dollar ucuzlaşaraq bir barel üçün 98,83 dollara düşüb.
Qeyd edək ki, iyulun 23-ü axşam saatlarından etibarən Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə bağlı xəbərlər fonunda müqavilələr 100 dollar/barel həddindən yuxarı ticarət olunurdu.
Almaz Həsənli
Digər xəbərlər
































































.jpg-2.jpg)























