Gürcüstanın böyük bir hissəsi işıqsız qalıb
24 iyul gecəsi Gürcüstanda böyük bir elektrik kəsintisi baş verib. Tbilisidə, ölkənin digər şəhər və bölgələrində, eləcə də işğal olunmuş Abxaziyada elektrik enerjisinin verilişi dayandırılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Azadlıq Radiosu məlumat verib.
Nəşrin məlumatına görə, təxminən saat 12:10-da elektrik təchizatı eyni vaxtda dayandırılıb. Oxucular Tbilisinin bütün rayonlarında və Gürcüstanın demək olar ki, bütün bölgələrində elektrik kəsintiləri barədə məlumat veriblər.
Kəsinti səbəbindən Gürcüstan Su və Enerji Şirkətinin nasos stansiyaları avtomatik olaraq bağlanıb. Nəticədə, Tbilisi, Rustavi və Mtsxetanın bəzi sakinləri susuz qalıb və ya aşağı təzyiqlə su alıblar.
Şirkət bildirib ki, texniki heyət təcili rejimdə işləyir və nasos stansiyalarına elektrik enerjisi bərpa edildikdən sonra su təchizatını tam bərpa edə biləcəklər.
Respublikanın Dövlət Elektrik Sisteminin məlumatına görə, hazırda cümə günü gecə baş verən təcili kəsintidən sonra Gürcüstanın elektrik təchizatı demək olar ki, tam bərpa olunub.
Almaz Həsənli











































.jpg-2.jpg)






























.jpg)









