Səudiyyə şahzadəsi Londonda ölü tapılıb
Səudiyyə Ərəbistanı kralının uzaq qohumu olan Səudiyyə şahzadəsi elit London otelində ölü tapılıb. Oxuməni.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti hadisə ilə bağlı məlumat verərək ölümün səbəbinin narkotik və alkoqol olduğunu iddia edib.
29 yaşlı şahzadənin cəsədi ötən ilin noyabr ayında Kensingtondakı bahalı otel nömrəsinin vanna otağında təmizlik işçisi tərəfindən aşkar edilib. Mərhumun qanında əhəmiyyətli miqdarda alkoqol və narkotik aşkar edilib.
Məlum olub ki, ölümündən bir neçə ay əvvəl şahzadə elit London klinikasında alkoqol və narkotik asılılığından müalicə alırmış. Meyit yarılması nəticəsində mərhumun xroniki sağlamlıq problemi olmadığı və ölümünün dərman reaksiyası səbəbindən ürək dayanması nəticəsində baş verdiyi məlum olub.
Almaz Həsənli























































.jpg-2.jpg)






























.jpg)









