ABŞ və İran yenidən biri-birlərinə qarşılıqlı şəkildə zərbələr endiriblər

ABŞ və İran yenidən biri-birlərinə qarşılıqlı şəkildə zərbələr endiriblər

14:18
Bəyəndim (0) Bəyənmədim (0)

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi İranın Hörmüz boğazının cənub marşrutunu minaladığı barədə xəbərdarlıq edib. Oxuməni.az xəbər verir ki, bu barədə Tasnif-in yaydığı məlumatda deyilir.

İran Parlamentinin spikeri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibaf boğazın təhlükəsizliyinin ABŞ qoşunlarının olmamasından asılı olduğunu qeyd edib.

SEPAH daha sonra üç neft tankerinin Hörmüz boğazının minalanmış hissəsini keçməyə cəhd etdiyini bildirdi. Tankerlərdən biri partladı və böyük bir yanğına səbəb oldu, bundan sonra digər iki gəmi geri döməyə məcbur olub.

Bu arada, ABŞ qüvvələri Hörmüz boğazında bir gəmiyə edilən hər hücuma cavab olaraq İranda bir körpü və ya elektrik stansiyasına zərbələr endiriblər

Bundan sonra İran İslam Respublikası Hörmüz boğazında bir gəmiyə raket və dron zərbə endirməsinə cavab olaraq ABŞ paytaxt Tehranın yaxınlığında bir körpünü və elektrik stansiyasını bombalayıb..

Əziz Mustafa