Si Cinpinin ABŞ-a səfəri sentyabrın 24-də baş tutacaq
ABŞ Prezidenti Donald Tramp cümə axşamı bildirib ki, Çin lideri Si Cinpinin sentyabrın 24-də Birləşmiş Ştatlara səfər edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Trampın sözlərinə görə, tərəflər görüş zamanı süni intellekt mövzusuna yenidən qayıtmağı planlaşdırırlar. Liderlər bu mövzuya Pekindəki əvvəlki təmasları zamanı da toxunmuşdular.
"Prezident Si sentyabrın 24-də gələcək. Biz bu barədə mən Pekində olanda danışmışdıq və yenə danışacağıq", - deyə Tramp bildirib.
Çərşənbə günü ABŞ dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Van İ "çox müsbət səfər" üçün zəmin yaratmaq məqsədilə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi zərurətini müzakirə ediblər.
Səfərin ABŞ prezidentinin ilin əvvəlində Çinə səfəri zamanı baş tutan danışıqların davamı olacağı gözlənilir. Məhz o zaman Tramp Si Cinpini ABŞ-a dəvət etmişdi.
Hazırda tərəflər sentyabrda keçiriləcək görüşə fəal şəkildə hazırlaşırlar.
Almaz Həsənli











































.jpg-2.jpg)






























.jpg)









