İnterpoldan qaçaraq Türkiyədə gizlənən üç nəfər özbək Özbəkistana ekstradisiya edilib
Cinsi təcavüz və fırıldaqçılıq ittihamları ilə beynəlxalq axtarışda olan üç vətəndaş Türkiyədən Özbəkistana ekstradisiya edilib. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Özbəkistan İnterpolunun Milli Mərkəzi Bürosunub verdiyi xəbərdə deyilir.
Əməliyyat Türkiyə hüquq-mühafizə orqanları ilə birgə və Özbəkistanın İstanbuldakı Baş Konsulluğunun köməyi ilə həyata keçirilib. İstintaq əməliyyatları zamanı qaçaqlar İstanbulda tapılıb və sonra saxlanılıblar.
Saxlanılanlar arasında cinsi təcavüz üçün beynəlxalq axtarışda olan Səmərqənd vilayətindən olan 28 yaşlı şəxs, fırıldaqçılıqda ittiham olunan Buxara vilayətindən olan 34 yaşlı şəxs və külli miqdarda fırıldaqçılıqda ittiham olunan Daşkənddən olan 50 yaşlı şəxs var.
Saxlanılanlar ekstradisiya edildikdən sonra Özbəkistan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Əziz Mustafa


















































.jpg-2.jpg)

































