Yaponiya Rusiya əleyhinə sanksiyalar siyasətini davam etdirmək niyyətindədir

Yaponiya Rusiya əleyhinə sanksiyalar siyasətini davam etdirmək niyyətindədir

16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya siyasətini davam etdirmək niyyətindədir, eyni zamanda onunla fikir mübadiləsi aparmaq istəyir.

Oxuməni.az xəbər verir ki, bunu Yaponiya Xarici işlər naziri Toşimitsu Moteqi Tokioda keçirilən mətbuat konfransında bildirib.

"Mən bu yaxınlarda Manilada uzun müddətdir tanıdığım Rusiya xarici işlər naziri Sergey Lavrovla ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə etmək üçün qısa söhbət etdim. Rusiyaya qarşı sanksiyalar siyasətində heç bir dəyişiklik olmayıb və bu, ümumi G7 siyasətinə uyğun olaraq həyata keçirilir. Lakin qonşu kimi Rusiya ilə münasibətlərimizi düzgün idarə etmək vacibdir və iki hökumət arasında fikir mübadiləsi zəruridir. Bu, milli maraqlara əsaslanan ardıcıl mövqeyimizdir",- ", - deyə o bildirib

Yaponiya xarici işlər naziri həmçinin Tokionun cənubi Kuril adalarına iddialarını və iki ölkə arasında balıqçılıq məsələlərinin həllinin vacibliyini xatırlatdı. O, həmçinin avqust ayından etibarən Rusiyada yapon tələbələr üçün qısamüddətli təcrübə proqramlarını bərpa etmək niyyətini təsdiqlədi. Nazir vurğuladı ki, "bəzi ərazilər istisna olmaqla, Rusiyadakı vəziyyət hazırda tamamilə sabitdir".

Əziz Mustafa