BƏƏ İrandan atılan 160-dan çox ballistik raketi məhv edib
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri regionda eskalasiya başlayandan bəri İran ərazisindən atılan 160-dan çox ballistik raketi məhv edib. Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu məlumatı BƏƏ Müdafiə Nazirliyi açıqlayıb.
Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, "ölkənin hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan 174 ballistik raketi aşkar edib". Nazirlik dəqiqləşdirib ki, "161 raket BƏƏ-nin hava məkanında vurulub, 13-ü isə dənizə düşüb".
Xatırladaq ki, fevralın 28-də İsrail dövlət üçün təhdidləri aradan qaldırmaq məqsədilə İrana (Tehrana) qabaqlayıcı zərbə endirib. Həmçinin məlum olub ki, İrana hücum İsrail və ABŞ-ın birgə əməliyyatıdır. Bir müddət sonra İran İsrailə və ABŞ-ın hərbi bazalarına cavab zərbələri endirməyə başlayıb.
Almaz Həsənli




















.jpg)
.jpg)
.jpg)
























.jpg)



































