ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 787 nəfərə çatıb

ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 787 nəfərə çatıb

16:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 787 nəfərə çatıb. Bu barədə Oxuməni.az İran Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İranın 153 bölgəsində təxminən 1039 hücum qeydə alınıb və 504 obyektə ziyan dəyib.

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Hücumda İranın Ali Lideri Əli Xamenei öldürülüb. 2 mart tarixinə olan məlumata görə, Qızıl Aypara ölkədə ümumi ölənlərin sayını 555 nəfər olaraq qiymətləndirib. Təcili yardım göstərmək üçün 100.000 nəfər səfərbər edilib.

Əziz MUSTAFA