İspaniya ABŞ-ın İrana hücumlar üçün bazalarından istifadə etməsinə icazə verməyib
İspaniya hökuməti bazar ertəsi günü İrana qarşı hücumlarda iştirak edən Amerika qüvvələrinin hərbi bazalarından istifadə etməsinə icazə verməyəcəyini açıqladı, The New York Times xəbər verir.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez İsrail-Amerika əməliyyatının "birtərəfli" olduğunu və "İspaniya hərbi bazalarının ABŞ ilə müqavilələr və BMT Nizamnaməsi çərçivəsində olmayan məqsədlər üçün istifadə olunmayacağını" qeyd edib.
Qəzetin məlumatına görə, Madrid əməliyyata qarşı çıxdıqdan sonra bazar günü axşamı ən azı 11 Amerika KC-135T və KC-135R hava yanacaqdoldurma təyyarəsi İspaniyanın Rota və Moron şəhərlərindəki hərbi bazaları tərk edib.
Şənbə günü ABŞ və İsrail İrana qarşı birgə əməliyyata başlayıblar. İran buna cavab olaraq ABŞ hərbi hədəflərini, xüsusən də Bəhreyn, Qətər və Küveytdə vurub.
ABŞ prezidenti Donald Tramp əvvəllər bildirmişdi ki, Vaşinqtonun məqsədləri İranın raket imkanlarını məhv etmək, İran Hərbi Dəniz Qüvvələrini məhv etmək, Tehranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək və İranın "xaricdəki terrorçu orduları"na sponsorluğunu dayandırmaqdır.
Əziz Mustafa




















.jpg)
.jpg)
.jpg)
























.jpg)



































