Çin İranı Hörmüz boğazını bağlamamağa çağırıb
Çin İran rəsmilərinə təzyiq edir ki, Tehran İsrail və ABŞ-a qarşı hərbi əməliyyatlara baxmayaraq, Hörmüz boğazında neft və mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinə hücum etməsin və dünya bazarına enerji təchizatının fasiləsizliyini təmin etsin.
Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” qaz sənayesindəki adı açıqlanmayan yüksək vəzifəli menecerlərə istinadən yazır.
Agentlik qeyd edir ki, Çin İran neftinin əsas alıcısıdır və bu, İslam Respublikasının iqtisadiyyatına əhəmiyyətli dəstək verir. Eyni zamanda, dünyanın ən böyük enerji idxalçısı olan Çin Fars körfəzinin digər ölkələrindən neft və qaz tədarükündən də asılıdır.
Xüsusilə, İran rəsmilərindən Çinin LNG-sinin 30%-ni təmin edən Qətər kimi ixrac mərkəzlərinə zərbə endirməkdən çəkinmələri xahiş olunub ki, bu da boru kəmərləri və digər mənbələrdən tədarük nəzərə alındıqda belə ümumi həcmin əhəmiyyətli hissəsini təşkil edir.
Almaz Həsənli
































.jpg)
.jpg)
.jpg)
























.jpg)























