“Günəşli” neft yatağında baş verən faciədən on il ötür

“Günəşli” neft yatağında baş verən faciədən on il ötür

13:15
Bəyəndim (2) Bəyənmədim (0)


2015-ci il dekabrın 4-də baş verən böyük yanğından on il ötür.
Faciənin ildönümü ilə əlaqədar olaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Facebook səhifəsində mesaj paylaşıb.
4 dekabr 2015-ci ildə “Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülü və “Neft Daşları” NQÇİ-nin “501 A” nömrəli dəniz özülündə baş vermiş təbii fəlakət azərbaycanlı neftçilərin həyatına son qoyan qəzalarla nəticələndi.
Həmin gün platformada 63 nəfər olub. Platformada dörd xilasetmə qayığı var idi.
Böyük yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər itkin düşüb.
2020-ci ilin may ayında itkin düşənlərdən üçünün cəsədi dənizdə tapılıb.
Xilasetmə qayıqlarından birinin suya düşməsi nəticəsində yeddi nəfər ölüb, 23 nəfər itkin düşüb. Platformadan ümumilikdə 33 nəfər xilas edilib. Daha sonra 12 neftçinin cəsədi tapılıb.
SOCAR-ın rəsmi açıqlamasında bildirilir ki, 10 nömrəli platformada baş verən yanğın fırtına zamanı yüksək təzyiqli sualtı qaz boru kəmərinin zədələnməsi nəticəsində baş verib.
Qəhrəman neftçilərimizin xatirəsi ucadır, onların əmək şücaəti Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Almaz Həsənli