“Qarabağ”ın keçmiş oyunçusu Juninyo “Flamengo” nun tərkibində Braziliya Çempionu olub
“Flamengo” Braziliya Futbol Çempionatının 37-ci turunda ev oyununda “Ceara”nı məğlub edib.
Oxuməni.az xəbər verir ki, Rio-de-Janeyroda keçirilən matç 1-0 hesabı ilə başa çatıb. Samuel Lino oyunda Xorxe Karraskalın məhsuldar ötürməsi ilə yeganə qolu vurub.
Braziliya A Seriyasının bitməsinə bir tur qalmış “Flamengo” 78 xal toplayaraq rəqiblərini geridə qoydu. “Palmeiras” 73 xalla ikinci yerdədir.
“Flamengo” beləliklə, Braziliya çempionluğu titulunu qazandı. “Ceara” (43 xal) 15-ci yerdədir.
Xatırladaq ki, “Flamengo” komandasının hücumçusu Juninyo 2023-2024-cü illərdə “Qarabağ”ın şərəfini qoryyub və 2025-ci ilin yanvar ayından Brazilya çempionatında çıxış etməyə başlayıb. Axır zamanlar Juninyonun “Flamengo” komandasının tərkibində oyunlarda məhdud iştirakı hücumçunun yenidən “Qarabağ”a qayıtmasına aid xəbərlərin yayılmasına səbəb olub.
Almaz Həsənli

















































































