Macarıstanda arxeoloqlar 1700 illik Roma daş sarkofaqını aşkar ediblər

Macarıstanda arxeoloqlar 1700 illik Roma daş sarkofaqını aşkar ediblər

15:23
Bəyəndim (1) Bəyənmədim (0)


Macarıstanda arxeoloqlar qapağı əridilmiş qurğuşun və metal sıxaclarla möhürlənmiş 1700 illik bütöv Roma daş sarkofaqını aşkar ediblər. Məzar qədim dövrlərdə böyük Roma şəhəri olan Akvinkumun yerləşdiyi Budapeştin şimalındakı Obuda rayonunda aşkar edilib. Bu barədə Fox News xəbər verir.

Eramızın 3-4-cü əsrlərinə aid olan sarkofaq tərk edilmiş evlərin xarabalıqları arasında köhnə bir qəbiristanlıqda tapılıb. Budapeşt Tarix Muzeyinin aparıcı arxeoloqu Qabriella Fényesin sözlərinə görə, onun unikallığı onun tam qorunmasındadır.

"Xüsusiyyəti odur ki, bu, hermetik şəkildə bağlanmış sarkofaq idi. Əvvəllər ona toxunulmamışdı, ona görə də hər şey bütöv qalmışdı", - deyə o vurğuladı.

İçəridə alimlər gənc bir qadının skeletini, eləcə də onlarla ritual əşyanı aşkar etdilər: iki şüşə qab, tunc heykəlcik, 140 sikkə, sümük sancağı, kəhrəba zərgərlik və qızılla işlənmiş parça parçaları. Bu əşyalar, ehtimal ki, qohumları tərəfindən "əbədi səyahəti üçün" məzarlığa qoyulub.

Sarkofaqın araşdırılmas davam edir. Fenyesin sözlərinə görə, içəridə qalın bir torpaq təbəqəsi qalır ki, bu da sonrakı artefaktları gizlədə bilər.

Əziz MUSTAFA