NATO hələlik Ukraynanın üzvlüyü ilə bağlı yekdilliyə malik deyil
NATO-nun baş katibi Mark Rutte alyansın Ukraynanı qəbul etmək öhdəliyini bir daha təsdiqləyib, lakin təşkilatın üzv dövlətləri arasında hazırda yekdilliyin olmaması səbəbindən bunun gələcəyin məsələsi olduğunu aydınlaşdırıb.
"Vaşinqton sammitinin nəticələrini gördünüz, bu da Ukraynanın NATO-ya doğru dönməz bir yolda olduğunu göstərirdi. Dünyanın bizim tərəfimizdəki istənilən ölkə alyansa üzvlük üçün müraciət edə bilər. Ukrayna bunu edib. Lakin digər tərəfdən, praktik reallıqlar da var. Hazırda NATO-da Ukraynanın üzvlüyü ilə bağlı yekdillik yoxdur", - Rutte çərşənbə axşamı Brüsseldə Şimali Atlantika Alyansının qərargahında keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, "Bu, sülh müqaviləsinə də aiddir".
O, NATO-nun Ukraynanı üzvlüyə qəbul etmək vədinə əməl edib-etməməsi ilə bağlı suala cavab verərək qeyd edib ki, Ukraynanın alyansa qoşulması məsələsi daha sonra müzakirə olunacaq.
NATO-nun baş katibinə Ukrayna sülh danışıqları kontekstində alyansın rolunun müzakirə formatı barədə də sual verilib.
"Sülh prosesinin bütün detallarını birdən müzakirə etmək həmişə məhsuldar olmur. Biz bütün bunları amerikalılarla sıx əlaqələndiririk, amma yenə də deyirəm, bu, ayrıca məsələdir və ayrıca həll olunacaq", - deyə Şimali Atlantika Alyansının rəhbəri bildirib.
Əziz MUSTAFA








































































.jpg)
.jpg)
.jpg)




