Mask: Yer kürəsinin ağdərili əhalisi yox olmaq təhlükəsi ilə üzləşir
Yer kürəsinin ağdərili əhalisi davam edən demoqrafik proseslər səbəbindən yox olmaq təhlükəsi ilə üzləşir. Amerikalı sahibkar və multimilyarder Elon Mask bunu X sosial şəbəkəsindəki səhifəsində bildirib.
O, mövcud tendensiyaların davam edəcəyi təqdirdə ağdərili əhalinin kiçik bir azlığa çevriləcəyini və sonra faktiki olaraq yox olacağını vurğulayıb.
26 noyabrda Elon Maskın onlayn ensiklopediyası Grokipedia-da ekstremist və sui-qəsd nəzəriyyəçiləri saytları da daxil olmaqla şübhəli nüfuza malik mənbələrdən istifadə edildiyi bildirilib. Araşdırmaya görə, platforma neonasist resursuna 42 dəfə, sui-qəsd nəzəriyyəçiləri resursuna 34 dəfə və ağdərili millətçi veb saytına 107 dəfə keçid verir.
19 noyabrda Tesla səhmdarlarından 1 trilyon dollar bonus alan Maskın növbəti 10 il ərzində ABŞ-dakı bütün ibtidai sinif müəllimlərindən daha çox illik qazanc əldə edəcəyi açıqlanıb.
Əziz MUSTAFA















































































