
Avropa liderləri Donald Trampla telefon danışığı aparacaqlar
Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri cümə axşamı, sentyabrın 4-də “qərarlılar koalisiyası”nın görüşündən sonra ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacaqlar.
Bu barədə Oxuməni.az "Sky Nevs" istinadən xəbər verir.
Yelisey Sarayının verdiyi məlumata görə, Zelenski və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla bir sıra Avropa liderləri sabah günorta “qərarlılar koalisiyası”nın iclasından sonra Trampa zəng edəcəklər. Əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olacaq.
Qeyd olunur ki, 30-a yaxın lider “istənilən gələcək sülh sazişi üçün zəruri ilkin şərt kimi Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqların gedişini yekunlaşdıracaq, həmçinin Ukraynanı dəstəkləməyə davam etmək və Rusiyanı danışıqlar masasına oturtmaq üçün gələcək addımları müəyyən edəcək”.
Xatırladaq ki, cümə axşamı, sentyabrın 4-də bir neçə Avropa ölkəsinin liderləri Ukraynanın təhlükəsizliyinə təminatları müzakirə etmək üçün Parisdə görüşəcəklər.
Onlar Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə bir araya gələcəklər.
Əziz Mustafa