
Lissabonda funikulyorun relsdən çıxması nəticəsində 15 nəfər həlak olub
Lissabonda "Gloria" funikulyorunun relsdən çıxması nəticəsində 15 nəfər ölüb, 18 nəfər yaralanıb, Reuters xəbər verir. Şəhər rəsmiləri ölənlər arasında xarici vətəndaşların olduğunu bildirib.
"Bu, şəhərimiz üçün faciəli bir gündür. Lissabon matəmdədir, bu olduqca faciəvi hadisədir", - Lissabon meri Karlos Moedas jurnalistlərə bildirib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Milli Təcili Tibbi Yardım İnstitutunun Associated Press-ə verdiyi məlumata görə, yaralılardan beşinin vəziyyəti ağırdır.
"Gloria" funikulyoru Lissabonun turistik yerlərindən biridir. O, 40-dan çox sərnişini qəbul edə bilir və tez-tez yerli sakinlər tərəfindən istifadə olunur.
Əziz Mustafa
Digər xəbərlər