Kallas AB ölkələrinin 2031-ci ilə qədər müdafiə xərclərini 2 trilyon avro artıracağını açıqlayıb

Kallas AB ölkələrinin 2031-ci ilə qədər müdafiə xərclərini 2 trilyon avro artıracağını açıqlayıb

10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ-yə üzv ölkələr 2031-ci ilə qədər müdafiə xərcləri üçün əlavə 2 trilyon avro ayırmağı planlaşdırır, çərşənbə günü Aİ xarici işlər naziri Kaja Kallas bildirib.

"Avropa müasir tarixin ən böyük hərbi layihəsini həyata keçirməyə başlayıb. Bundan sonra 2031-ci ilə qədər müdafiə xərclərinə əlavə iki trilyon avro ayrılacaq", - Kallas Avropa İttifaqının Təhlükəsizlik Araşdırmaları İnstitutunda (EUISS) çıxışı zamanı deyib.

"Bundan əlavə, biz müdafiə qabiliyyətimizi inkişaf etdiririk. Aİ-də illik döyüş sursatı istehsalı iki il əvvəllə müqayisədə 6 dəfə çoxdur. İndi biz eyni şəkildə boşluqlarımız olan ərazilərdə - hava hücumundan müdafiə və yüksək dəqiqlikli idarə olunan raketlərdə istehsalı artırmalıyıq", - Kallas əlavə edib.

Əziz Mustafa