Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş edib

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş edib

10:40
Bəyəndim (1) Bəyənmədim (0)

İstanbuldan Səmərqəndə uçan “Centrium Air” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş tələb edib.

Hava limanından “APA-Economics”ə verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla enib.

Hava limanının bütün müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibb işçiləri sərnişinə yerindəcə ilkin tibbi yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Oxuməni.az