Vaşinqton Amerika qoşunlarını Polşadan çıxarmağı planlaşdırmır

Vaşinqton Amerika qoşunlarını Polşadan çıxarmağı planlaşdırmır

14:13
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Amerika qoşunlarını Polşadan çıxarmağı planlaşdırmır. O əlavə edib ki, Polşa hökuməti, əksinə, ölkədə daha çox ABŞ hərbçisinin olmasını istəyir.

"Onlar Polşada qalacaqlar. Bizim Polşa ilə tam qarşılıqlı anlaşmamız var", - cənab Tramp ölkə prezidenti Karol Navroçki ilə görüşdə deyib. Amerika prezidenti həmçinin qeyd edib ki, Vaşinqton və Varşava arasında münasibətlər əksər ölkələrlə müqayisədə “böyük etimada əsaslanır”.

Cənab Tramp qeyd edib ki, ABŞ qoşunlarını digər ölkələrdən çıxarmağı planlaşdırır, lakin Polşaya münasibətdə bu variant nəzərdən keçirilmir. “Biz tamamilə onun tərəfindəyik və həmişə ona özünü müdafiə etməyə kömək edəcəyik”, cənab Tramp qeyd edib.

Əziz Mustafa