
İsveç ən son "Gripen" qırıcılarını hərbi əməliyyatlar bitənə qədər Ukraynaya çatdırmayacaq
İsveç Ukraynada hərbi əməliyyatlar dayandırılana qədər ən son "Gripen" qırıcılarını Ukraynaya çatdırmaq niyyətində deyil. Bunu İsveçin müdafiə naziri Poul Jonsson Breaking Defence-ə bildirib.
Nazirin sözlərinə görə, iki ölkə "dialoqdadır" və İsveç və Braziliya Hərbi Hava Qüvvələri ilə xidmətdə olan ən yeni "Gripen Echo" təyyarələrinin Ukraynaya satışı ancaq gələcəkdə mümkündür. Cənab Jonsson xüsusi olaraq qeyd edib ki, təyyarənin çatdırılması birbaşa Ukraynada hərbi əməliyyatların başa çatmasından “asılıdır”.
Lakin nazirin sözlərinə görə, bu şərt köhnə "Gripen" C/D təyyarələrinə şamil edilmir. “Biz danışıqlara açığıq” deyən cənab Jonsson bununla bağlı əlavə edib ki, o, ötən həftə Kiyevə səfəri zamanı bu məsələni müzakirə edib.
Əziz Mustafa
Digər xəbərlər