Hindistan Ukraynada müharibənin sona çatmasında mühüm rol oynayır

Hindistan Ukraynada müharibənin sona çatmasında mühüm rol oynayır

13:12
Bəyəndim (2) Bəyənmədim (0)

Hindistan Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa zəmin yaratmağa kömək edir. Dehli bu prosesdə mühüm rol oynayır.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen X sosial şəbəkəsində məlumat yayıb. Fon der Leyen Hindistanın baş naziri Narendra Modi ilə söhbət etdiyini bildirib.

"Biz Hindistanın prezident Zelenski ilə davamlı əlaqəsini səmimiyyətlə alqışlayırıq. Hindistan Rusiyanı işğalçılıq müharibəsini dayandırmağa təşviqdə və sülhə gedən yol yaratmağa kömək etməkdə mühüm rol oynayır", - AK rəhbəri qeyd edib.

O, həmçinin əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qlobal təhlükəsizliyə təsir edir və iqtisadi sabitliyi pozur. Buna görə də bütün dünya üçün təhlükə yaradır.

Əziz Mustafa