Nasistlər tərəfindən oğurlanmış rəsm Görinqin köməkçisinin qızından müsadirə edilib

Nasistlər tərəfindən oğurlanmış rəsm Görinqin köməkçisinin qızından müsadirə edilib

15:52
Bəyəndim (2) Bəyənmədim (0)


“Reuters” xəbər verir ki, Argentinada keçmiş SS zabiti, Herman Görinqin köməkçisi Fridrix Kadqinin qızı Patrisiya Kadqinə qarşı istintaq başladılıb.
Kadqin və həyat yoldaşı İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış italyan rokoko rəssamı Cuzeppe Qislandinin “Bir xanımın portreti” tablosunun axtarışına mane olmaqda günahlandırılır.
Rəsm 80 ilə yaxın itmiş hesab olunurdu. Onu holland jurnalistlər və müharibədən əvvəl əsəri olan yəhudi sənət satıcısı Jak Qudstikkerin varisləri axtarırdılar. “Plot” Telegram kanalının məlumatına görə, Qudstikker şəhər 1940-cı ildə Almaniya tərəfindən işğal edildikdən sonra Amsterdamı tərk edərkən geridə rəsm kolleksiyası qoyub. O, yolda ölüb və nasistlər onun kolleksiyasını talayıblar.
Avqustun sonunda “Algemeen Dagblad”dan olan holland jurnalistləri Mar del Platadakı Kadqinin evindən fotoşəkillərdə "Bir xanımın portreti"ni tapıblar. 1979-cu ildə Fridrix Kadqinin ölümündən sonra ev onun qızına keçib.
Jurnalistlər Kadqin ailəsi ilə əlaqə saxlayıblar, lakin onlar rəsmlə heç bir əlaqəsi olmadığını bildiriblər və sonra evin siyahısını çıxarıblar. Araşdırma dərc edildikdən sonra Argentina polisi axtarış aparsa da, həmin vaxt rəsm tapılmayıb.
Sentyabrın 3-də Argentina prokurorluğu “Bir xanımın portreti”nin müsadirə olunduğunu elan edib. Səlahiyyətlilərin bildirdiyinə görə, Patrisiya Kadqin və əri rəsmi nümayəndə vasitəsilə təhvil veriblər.
Sentyabrın 1-də Kadqin və əri rəsmlə bağlı araşdırmaya mane olmaq ittihamı ilə dindirilmək üçün 72 saatlıq ev dustaqlığına buraxılıb. Məhkəmə daha sonra cütlükdən ev dustaqlığını ləğv edib, lakin 180 günlük səyahət qadağası qoyub və pasportlarını təhvil verməyi əmr edib.
Vəkil “Xanım portreti”nin gizlədilməsi ilə bağlı ittihamları rədd edərək, müdafiə etdiyi şəxslərin şərtlərə tam əməl etdiklərini və tablonu təhvil verməyə hazır olduqlarını bildirib.
Rəsmilərin dediyinə görə, axtarışlar zamanı müstəntiqlər qravüra, rəsm və iki XIX əsrə aid rəsm əsəri ələ keçiriblər. Əsərlərin oğurlandığı aşkar edilərsə, cütlüyə qarşı əlavə ittihamlar irəli sürülə bilər.
Almaz Həsənli