ABŞ-ın Ukrayna üçün təminatlara töhfəsi yaxın həftələrdə müəyyən ediləcək

ABŞ-ın Ukrayna üçün təminatlara töhfəsi yaxın həftələrdə müəyyən ediləcək

11:00
Bəyəndim (2) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə töhfəsi yaxın həftələrdə müəyyən ediləcək. Bu barədə Amerika lideri Donald Trampla razılaşdırılıb.

Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə “qərarlılar koalisiyası”nın iclasından sonra mətbuat konfransı zamanı deyib.

"Biz Amerika prezidenti ilə danışdıq. Nəticələr belədir: yaxın həftələrdə Amerikanın bu koalisiyaya töhfəsinin nə olacağını dəqiq müəyyənləşdirəcəyik, onu yekunlaşdıracağıq. Avropa ölkələrindən, Asiya-Sakit okean regionundan və Kanadadan töhfələr. Müharibəyə son qoymaq üçün əsas və ikinci dərəcəli öhdəlikləri müəyyən etdik", - Makron bildirib.

Onun sözlərinə görə, bütün bunlar Trampla razılaşdırılıb.

Əziz Mustafa