
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı saxlanılıb
Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyanın qardaşı Mkrtç Mkrtçyan gecə saatlarında Parakarda narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan KİV-ləri və Telegram kanalları məlumat yayıb.
Polis Mkrtçyanla dostunun getdiyi avtomobili saxlayıb. Sonuncu polisi görən kimi dərhal qaçıb və çantasında narkotik və silah aşkarlanıb. Mkrtçyan saxlanılıb.
“Faktİnfo” həm Daxili İşlər Nazirliyi, həm də Cinayət Axtarış İdarəsi ilə əlaqə saxlayıb, məsələyə rəsmi münasibət bildirməyə çalışsa da, hələlik qurumlardan rəsmi şərh gəlməyib.
Qeyd edək ki, Narek Mkrtçyan avqustun sonunda ABŞ-a səfir təyin edilib. Bundan əvvəl o, Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.
Almaz Həsənli
Digər xəbərlər