İki sözlə yalanı tapmaq üsulu aşkarlandı

İki sözlə yalanı tapmaq üsulu aşkarlandı

13:32
Bəyəndim (2) Bəyənmədim (0)


Vəkil Cefferson Fişer yalançıların həddən artıq istifadə etdiyi iki sözdən istifadə edərək yalanı aşkar etməyin yolunu deyib. "Mirror" nəşri ondan sitat gətirir.
Fişerə görə, yalançılar çox vaxt “heç vaxt” və “həmişə” sözlərindən istifadə edirlər. "Heç vaxt ifrat deyil. İfratlar sizə həqiqəti söyləmədiklərinin açıq əlamətidir," – o deyib. Vəkil həmçinin potensial yalançıdan onun iddia etdiyi şeyi heç vaxt edib-etmədiyini soruşmağı təklif edib. "Ən çoxu belə deməyə başlayacaqlar: 'Mənim demək istədiyim odur ki, bəzən xoşuma gəlir.' Sonra özlərinə gəlib davam edəcəklər: 'Mənim demək istədiyim odur ki, bəzən edirəm, bəzən isə etmirəm',"-deyə misal çəkib.
Fişerin fikrincə, vicdansız insanla ünsiyyət zamanı susmaq söhbətdə güclü vasitə ola bilər. "Susmaq yalançıların əsas düşmənidir, çünki onların başlarında sizin üçün resept var," o bildirib.
Almaz Həsənli