Xroniki bel ağrılarını yüngülləşdirməyin sadə yolu tapılıb

Xroniki bel ağrılarını yüngülləşdirməyin sadə yolu tapılıb

14:20
Bəyəndim (1) Bəyənmədim (0)

Tay çi (Tai Chi, Tay çi çuan) xroniki qeyri-spesifik bel ağrısı olan insanlarda ağrını azaltmağa və hərəkətliliyi yaxşılaşdırmağa kömək edə bilər. Oxuməni.az xəbər verir ki, bu qənaətə "Frontiers in Pain Research" (FPR) jurnalında dərc olunan icmal və meta-analizin müəllifləri gəliblər.

Alimlər 526 pasiyentin iştirak etdiyi səkkiz randomizə edilmiş tədqiqatı təhlil ediblər. Bu tədqiqatlarda tay çi məşğələləri standart müalicə, digər idman hərəkətləri, maarifləndirmə, məşq etməmək və ya digər reabilitasiya növləri ilə müqayisə edilib. İştirakçılar 4-12 həftə ərzində, adətən həftədə 2-5 dəfə məşq ediblər.

Təhlil göstərib ki, tay çi ağrının intensivliyini əhəmiyyətli dərəcədə azaldıb: vizual ağrı şkalası üzrə göstərici orta hesabla 1,4 bal azalıb. Həmçinin pasiyentlərin gündəlik funksionallığı yaxşılaşıb — onların hərəkət etməsi və adi işləri yerinə yetirməsi asanlaşıb. Müəlliflər bu effekti mülayim fiziki yük, bədən əzələlərinin möhkəmlənməsi, tənəffüsə nəzarət və gərginliyin azalması ilə əlaqələndirirlər.

Tədqiqatçıların fikrincə, tayçini xroniki bel ağrılarının müalicəsində təhlükəsiz və əlçatan əlavə reabilitasiya üsulu kimi nəzərdən keçirmək olar, lakin dəqiq tövsiyələr üçün daha genişmiqyaslı tədqiqatlara ehtiyac var.

Xatırladaq ki, Tay çi çuan, Buddizm, Taoizm və Konfutsiçilik fəlsəfəsinə, eləcə də təbiət qanunlarına əsaslanan Çin döyüş sənətidir (Çin sağlamlıq gimnastikası kimi də tanınır) və onu sadəcə sağlamlıq gimnastikası deyil, həm də insanın özünüinkişafının hərtərəfli bir sisteminə çevirir.

Almaz Həsənli