Ermənistanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü keçiriləcək

Ermənistanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü keçiriləcək

15:46
Bəyəndim (3) Bəyənmədim (0)


Yaxın günlərdə Ermənistanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü keçiriləcək. Oxuməni.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərlə söhbətində deyib.
O, vaxtı gələndə veriləcəyini əsas gətirərək təfərrüatları açıqlamayıb. Qarşıdan gələn iclasda prosesin bütün məsələləri, həyata keçirilən və həyata keçiriləcək addımlar müzakirə olunacaq. O, məsələ ilə bağlı son iclasda Qars-Gümrü dəmir yolunun texniki parametrlərinin müzakirə edildiyini, tarixi Ani körpüsünün də bərpasının nəzərdə tutulduğunu xatırladıb.
Rubinyan görüşün dəqiq harada - İrəvanda və ya sərhəddə keçiriləcəyini açıqlamayıb.
Almaz Həsənli