Rusiyanın   İsveçdəki səfirliyinə bir çanta boya atılıb

Rusiyanın İsveçdəki səfirliyinə bir çanta boya atılıb

10:18
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiyanın Stokholmdakı səfirliyinin ərazisinə naməlum pilotsuz təyyarə bir çanta boya atıb. Ruslar sosial şəbəkələrdə bundan fəal şəkildə şikayət etməyə başladılar. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Sentyabrın 7-də Rusiyanın İsveçdəki səfirliyinə pilotsuz təyyarə ilə yenidən “hücum” edilib.

Rusiya diplomatik missiyasının məlumatına görə, naməlum drondan səfirliyin ərazisinə plastik torba boya atılıb.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Xüsusilə, ötən il naməlum şəxslər İsveçin Moskvadakı səfirliyinə hücum ediblər.

Bir qrup şəxs səfirliyin yaxınlığındakı təhlükəsizlik otağında qaz balonlarından istifadə edib. Bu hərəkətlərinə görə onlar yerli polis tərəfindən saxlanılıblar.

Əziz Mustafa