Müqavimət göstərə bilməyən qadın hadisə yerində dünyasını dəyişib

Müqavimət göstərə bilməyən qadın hadisə yerində dünyasını dəyişib

10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalı qadın ABŞ-da öldürülüb. Hadisənin təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Bir müddət əvvəl Ukraynadakı müharibədən qaçaraq ABŞ-a gələn 23 yaşlı İrina Zarutska metroda ona edilən hücum nəticəsində həlak olub.
Kamera görüntülərində metroda İrinanın arxasında oturan kişi cibindən qatlanan bıçağı çıxarır və gənc qadını bıçaqlamağa başlayır.
Müqavimət göstərə bilməyən ukraynalı qadın hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra saxlanılan təcavüzkarın keçmiş cinayətkar 34 yaşlı DeKarlos Braun Jr olduğu müəyyən edilib.
Evsiz olaraq xarakterizə edilən təcavüzkarın 2011-ci ildən bəri çoxsaylı cinayətlər tarixi var.
Onun gənc qadına hücumunun səbəbi hələlik məlum deyil.
Sosial şəbəkələrdə ictimai nəqliyyatda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı çağırışlar edilir...

Oxuməni.az