Fernandu Santuş Azərbaycan milli komandasının baş məşqçi postunu tərk edib

Fernandu Santuş Azərbaycan milli komandasının baş məşqçi postunu tərk edib

12:39
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun 2-ci turunun Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı keçirilməli idi.

Oxuməni.az “azerisport.com”a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis tədbirə qatılmayıb, əvəzində AFFA-nın baş katibi Cahangir Fərəcullayev gəlib və o, Santuşla vidalaşdığını bildirib.

"Bu gün AFFA İcraiyyə Komitəsi Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ayxan Abbasov komandanı sabahkı oyuna çıxaracaq", - Fərəcullayev bildirib.

Xatırladaq ki, Abbasov gənclərdən ibarət yığmanın baş məşqçisidir.

Oxuməni.az