
Karlos Alkaras , US Open finalında Jannik Sinner'i yenərək dünyanın bir nömrəli tennisçisi oldu
İspan tennisçisi Karlos Alkaras Nyu-Yorkda başa çatan ABŞ Açıq çempionatının finalında italiyalı Jannik Sinnerə qalib gəlib.
Qarşılaşma 6:2, 3:6, 6:1, 6:4 hesabı ilə ispaniyalının xeyrinə başa çatıb. Qarşılaşma 2 saat 44 dəqiqə davam edib.
ABŞ prezidenti Donald Tramp oyuna qatılıb və əlavə təhlükəsizlik tədbirləri görülməsi üçün matçın başlaması 30 dəqiqə təxirə salınıb.
Sinner və Alkaras ardıcıl üçüncü Böyük Dəbilqə finalında oynadılar. Bundan əvvəl ispaniyalı “Rolan Qarros”da, italyan isə “Uimbldon”da qalib gəlib.
Sinner 2024-cü ildə qazandığı US Open titulunu qoruya bilmədi. İtalyan dünya 1 nömrəli statusunu itirdi. Alkaras bazar ertəsindən etibarən ATP reytinqinə rəhbərlik edəcək, Sinner isə ikinci yerə enəcək.
Alcaras 2025-ci ildə yeddinci titulunu qazandı. İki Böyük Dəbilqə turnirinə əlavə olaraq, üç Masters (Çinçinnati, Roma, Monte Karlo) və iki ATP 500 turniri (Rotterdam, London) qazandı.
Almaz Həsənli