
Berlin mülki müdafiənin gücləndirilməsinə 10 milyard avro ayıracaq
Almaniya 2029-cu ilə qədər mülki müdafiə və xəbərdarlıq sistemlərinin modernləşdirilməsinə 10 milyard avro xərcləməyi planlaşdırır. Proqram, xüsusilə, sirenlərin və yeni sığınacaqların quraşdırılmasını nəzərdə tutur.
Bu barədə “Reuters” xəbər verir. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib ki, Almaniya hökuməti 2029-cu ilə qədər mülki müdafiə və fövqəladə halların idarə edilməsinə 10 milyard avro və ya 12 milyard dollar sərmayə qoymaq istəyir.
"Biz mülki müdafiəmizi müasirləşdiririk" Dobrindt dedi .
Bu planlar artan geosiyasi gərginlik, eləcə də ekstremizm təhlükələri və hibrid hücumlar, məsələn, elektrik şəbəkəsinə hücumlar və dezinformasiya kampaniyaları fonunda həyata keçirilir.
Əziz Mustafa
Digər xəbərlər