
Qüdsdə avtobus dayanacağında atışma: həlak olanlar və yaralananlar var
Yerusəlimdə səhər saatlarında baş verən atışma 5 nəfərin həyatına son qoyub, daha 15 nəfər yaralanıb. Hücum edənlər hadisə yerində məhv edilib. Bu barədə CNN məlumat yayıb.
Bu gün, sentyabrın 8-də səhər saatlarında İsrailin paytaxtında iki naməlum şəxs avtobus dayanacağında atəş açıb. Ən azı beş nəfər həlak olub.
Ölənlər arasında təxminən 50 və 30 yaşlarında olan üç kişi var. 15 nəfər yaralanıb. Onlardan ağır güllə yarası alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, iki terrorçu maşınla Yerusəlimin Ramot qovşağına gələrək avtobus dayanacağı istiqamətində atəş açıb. Təhlükəsizlik əməkdaşı və mülki şəxs hadisə yerində cavab atəşi açaraq hücum edənləri zərərsizləşdirib.
Hazırda polis bölmələri hadisə yerində təhlükəsizliyi təmin edir. Minatəmizləmə bölmələri ərazinin təhlükəsizliyinə nəzarət edir, məhkəmə-tibb qrupları dəlillər toplayır.
Əziz MUSTAFA