
Bu gün NATO-nun baş katibi Mark Rutte Britaniyaya səfər edəcək
NATO-nun baş katibi Mark Rutte sentyabrın 9-da Böyük Britaniyaya səfər edəcək. Orada o, Ramşteyn formatında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək. Bu barədə "Sky News" xəbər verir.
NATO-nun mətbuat xidmətindən verilən məlumata görə, Rutte Londona səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna səmanı Rusiyanın hücumlarından qorumaq üçün Ramşteyn formatının yubiley iclasında hava hücumundan müdafiə sistemində əhəmiyyətli təkan alacağını gözləyir.
Əziz Mustafa
Digər xəbərlər