Marqarita Simonyan əməliyyat olundu

Marqarita Simonyan əməliyyat olundu

10:43
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiyalı təbliğatçı, təxribatçı Marqarita Simonyan əməliyyat edildi.

RT və "Rusiya Today" agentliyinin baş redaktoru Marqarita Simonyan ürək və döş nahiyəsində cərrahi əməliyyat keçirib.

Oxuməni.az xəbər verir ki, o, öz xəstəliyi və bərpa prosesi barədə "Telegram" kanalında məlumat verib.

Marqarita Simonyan keçirdiyi ağır əməliyyat barədə ictimaiyyətə açıqlama verib. Sentyabrın 9-na keçən gecə sosial şəbəkədə o yazıb ki, narkozdan ayılıb və özünü qənaətbəxş hiss edir.

Daha əvvəl "Rusiya 1" telekanalında Vladimir Solovyovun "Axşam" verilişində Simonyan səhhəti barədə açıq bəyanat verərək döş və ürək nahiyəsində problemləri olduğunu bildirmişdi. O, efirdən bir həftə əvvəl ona təcili əməliyyat tələb edən ağır xəstəlik diaqnozu qoyulduğunu söyləmişdi.

Almaz Həsənli