
Media Makronun mümkün istefasını proqnozlaşdırır
Yeni baş nazirin tapılmasında yaranan çətinliklər Fransa prezidenti Emmanuel Makronun istefasına səbəb ola bilər. Bu barədə “The New York Times” xəbər verir.
Məqalədə deyilir ki, hüquqi nöqteyi-nəzərdən Makron istənilən adamı baş nazir postuna təyin edə bilər, lakin siyasi nöqteyi-nəzərdən o, Milli Assambleyanın (parlamentin aşağı palatası) 577 deputatı üçün məqbul sayıla biləcək birini seçməlidir ki, ən azı gələn ilin büdcəsini qəbul etməyə vaxt tapsın.
Bundan əvvəl Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb ki, Makron siyasi səriştəsizliyi ilə Avropanı xaosa sürükləyir. Nəşr yazır ki, Fransa lideri Ukraynaya qoşun yeritmək üçün qondarma “istəklilər koalisiyasına” rəhbərlik edir, lakin o, “axsaq ördəkdir”. Dövlət başçısı özünü güclü lider kimi göstərməyə çalışır, lakin hələlik Fransa çox az irəliləyiş əldə edir.
Almaz Həsənli