
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini sentyabrın 12-nə qədər təqdim etməyi planlaşdırır
Avropa Komissiyası 19-cu anti-Rusiya sanksiyalar paketini sentyabrın 12-nə qədər təqdim etməyi planlaşdırır. Onun nə qədər tez təsdiqlənəcəyi hələ məlum deyil.
Bu barədə Oxuməni.az "Sky News"-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, yeni paketin təqdimatının vaxtını adı açıqlanmayan diplomatlar açıqlayıb. Eyni zamanda, yeni sanksiyalar paketinə iki Mərkəzi Asiya ölkəsinin banklarının da daxil olacağı gözlənilir. 18-ci paketdə Aİ iki Çin bankına və Hindistanın böyük neft emalı zavodu Nayaraya qarşı məhdudiyyətlər daxil etdi.
Xatırladaq ki, sentyabrın 8-də Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivanın Vaşinqtona gəldiyi məlum olub.
Onun və ekspertlər qrupunun Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətləri müzakirə etmək üçün amerikalı həmkarları ilə görüşəcəyi gözlənilir.
Əziz Mustafa