Britaniyanın təyyarədaşıyan gəmisi Cənubi Koreya sahillərində təlimlər keçirib

Britaniyanın təyyarədaşıyan gəmisi Cənubi Koreya sahillərində təlimlər keçirib

14:11
Bəyəndim (1) Bəyənmədim (0)

Britaniya Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Prince of Wales" Cənubi Koreyanın Busan şəhərinin cənubunda beynəlxalq sularda təlimlər keçirib. Bu barədə Böyük Britaniyanın Seuldakı səfirliyinə istinadən Yonhap xəbər agentliyi məlumat yayıb.

Təlimlərə F-35B təyyarələri cəlb olunub. Təyyarədaşıyan gəminin göyərtəsində 24-ə qədər belə qırıcı yerləşdirilə bilər. Təlimlərə “aviasiya imkanlarının nümayişi” daxildir. Böyük Britaniyanın Seuldakı səfiri bildirib ki, bu təlimlər Böyük Britaniya və Koreya Respublikası arasında əməkdaşlığın səviyyəsini və Londonun “strateji tərəfdaşlığı dərinləşdirməyə və regionun təhlükəsizlik arxitekturasına mühüm töhfə verməyə” hazır olduğunu nümayiş etdirir.

Təyyarə gəmisinin təxminən 700 nəfərdən ibarət ekipajı var; ümumilikdə 1600-ə qədər hərbi qulluqçu qəbul edə bilər.

Bundan əlavə, Koreya Respublikası və Böyük Britaniyanın iştirakı ilə birgə təlimlər keçirib. Məqsəd iki ölkənin donanmaları arasında ahəngdarlığı yaxşılaşdırmaq idi.

Əziz MUSTAFA