Qırğızıstan Cəlal-Abadın adını dəyişmək istəyir

Qırğızıstan Cəlal-Abadın adını dəyişmək istəyir

15:48
Bəyəndim (3) Bəyənmədim (0)

Qırğızıstan Cəlal-Abad şəhərinin adının dəyişdirilməsini təklif edib. Oxuməni.az “24.kg”-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsini Joqorku Keneşin müvafiq komitəsinin üzvləri hər üç oxunuşda dəstəkləyib.
Sentyabrın 3-də Cəlal-Abad şəhər şurasının sessiyasında mer Ernisbek Ormokov şəhərin adının Manas adlandırılması məsələsinə baxılmasını təklif edib. Deputatlar onu dəstəkləyiblər. Bildirilib ki, təklif daha sonra prezidentin Cəlal-Abad bölgəsi üzrə səlahiyyətli nümayəndəsinə, daha sonra isə parlamentə təqdim olunacaq.
Sentyabrın 9-da Joqorku Keneşin konstitusiya qanunvericilik komitəsi Cəlal-Abadın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini üç oxunuşda təsdiqləyib.
Sənədi Dövlət Qulluğu və Yerli Özünüidarəetmə üzrə Dövlət Agentliyinin direktoru Kudaybergen Bazarbayev təqdim edib. Deputatlar heç bir sual verməyiblər, yalnız bəziləri adının dəyişdirilməsini təklif edən Cəlal-Abadlıların dəstəklənməsinin vacib olduğunu qeyd ediblər.
Almaz Həsənli