
Rusiya tərəfdarı və cəllad Putindən maliyyə yardımları almaqda şübhəli bilinən Çarli Kirk öldürülüb
ABŞ Federal Təhqiqat Bürosu sui-qəsd nəticəsində öldürülən Kirkin rəhbərlik etdiyi qurumun- “Turning Point USA”nın müxtəlif yollarla Rusiyadan maliyyə yardımı almasından şübhələnir və bunun ətrafında araşdırmalar aparır.
Məşhur sağçı fəal qatı Rusiya tərəfdarı və cəllad Putindən maliyyə yardımları almaqda şübhəli bilinən Çarli Kirk Utah Valley Universitetində debat zamanı güllələnib. O, “Turning Point USA” hərəkatının banisi kimi tanınır.
Çərşənbə günü, sentyabrın 10-da Çarli Kirk Yuta Universitetində debatda iştirak etdi. Fəal çıxışı zamanı o, güllələnib. Müvafiq video internetdə sürətlə yayılmağa başladı.
Daha sonra NBC News, Yuta Universitetinin nümayəndəsinə istinadən xəbər verdi ki, yaralı Kirk və onun təhlükəsizlik köməkçisi tez bir zamanda hadisə yerindən çıxarılıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. İnsanlar Yuta Vadisi Universitetinin həyətindən çıxarılıb.
Sui-qəsd cəhdinə reaksiya verən ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində hamını “böyük oğlan” Çarli Kirk üçün dua etməyə çağırıb. Digər yüksək səviyyəli Amerika siyasətçilərinin sosial şəbəkələrində də reaksiyalar yaranıb.
Təsdiqlənməmiş şayiələrə görə, naməlum şəxs qonşu binadan Kirkə atəş açıb. Hadisə fəalın çıxışına başlamasından 20 dəqiqə sonra baş verib.
FTB direktoru Keş Patel hadisə yerinə FTB agentlərinin göndərildiyini bildirib. Bir neçə dəqiqə sonra ehtimal edilən şübhəlinin saxlanıldığı xəbəri yayılsa da, sonradan bu məlumat təkzib edilib.
Çarlz (Çarli) Ceyms Kirk tanınmış Amerikalı mühafizəkar fəal, publisist və media xadimidir. O, 1993-cü ildə İllinoys ştatının Çikaqo şəhərinin ətrafında anadan olub.
2012-ci ildə Kirk minlərlə kampusda və sosial mediada milyonlarla izləyicisi ilə ABŞ-da ən böyük mühafizəkar tələbə hərəkatına çevrilən Turning Point USA (TPUSA) təşkilatının həmtəsisçisi oldu.
O, həmçinin TPUSA-nın filiallarına, Turning Point Action (TPAction), Turning Point Academy və Turning Point Faith-ə rəhbərlik edir və məşhur The Charlie Kirk Show radio şousuna ev sahibliyi edir.
İllər ərzində Kirk TPUSA-nı güclü mühafizəkar qüvvəyə çevirdi. O, Fox News və digər mühafizəkar platformalarda çıxış edərək, tərəfdarlarına məhəl qoymayanda özünü Respublikaçılar Partiyasının tənqidçisi kimi göstərdi.
Eyni zamanda, Kirk sui-qəsd nəzəriyyələrini yaymaqda, Respublikaçı Milli Komitə ilə mübahisə etməkdə və TPUSA-nın dolayısı ilə xaricdən-Rusiyadan maliyyə yardımı almaqda ittiham olunur.
Çarli Kirk ABŞ-dan Ukraynaya istənilən hərbi yardımı tənqid edib, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski haqqında son dərəcə mənfi danışıb.
Kirk fevral ayında sosial şəbəkədə yazıb: "Tramp Zelenski haqqında həqiqəti bilir. O, öz xalqını mənasız qırğına göndərən MKİ kuklasıdır". Fəal dəfələrlə Ukrayna dövlətinin başçısını guya Rusiya ilə müharibəni dayandırmaq istəməməkdə ittiham edib.
O, həmçinin Amerika hakimiyyətini “xəritədə az adamın tapa biləcəyi” bir ölkəyə pul və silah verdiyinə görə tənqid edib.
Kirk hesab edirdi ki, Vaşinqton “Rusiya Federasiyasını və Rusiya diktatoru Vladimir Putini sevməsə də” Rusiyaya düşmən kimi baxmaqda “yanlışdır”.
Kirk həmçinin bəyan edib ki, müharibədən hərbi sənaye kompleksi və Ukraynanın hakim sinfinin oliqarxları faydalanır.
Onu da deyək ABŞ Federal Təhqiqat Bürosu Kirkin rəhbərlik etdiyi qurumun müxtəlif yollarla Rusiyadan maliyyə yardımı almasından şübhələnir və bunun ətrafında araşdırmalar aparır.
Əziz Mustafa