
Minsk Praqanın səfirliyin əməkdaşını persona non-qrata elan etmək qərarını pisləyir
Belarus Çexiyanın Belarusun Praqadakı səfirliyinin əməkdaşını persona non-qrata elan etmək qərarını qətiyyətlə pisləyib və cavab tədbirləri görmək hüququnu özündə saxlayır. TASS xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belarus Xarici İşlər Nazirliyi bu addımı əsassız və siyasi motivli adlandırıb. Bəyanatda vurğulanır ki, bu cür hərəkətlər konstruktiv qarşılıqlı fəaliyyətə və ikitərəfli münasibətlərin normallaşmasına kömək etmir.
"Belarus Respublikası qarşılıqlılıq və milli maraqların müdafiəsi prinsipinə uyğun olaraq cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - nazirlik qeyd edib.
Sentyabrın 8-də Çexiya belarus diplomatını persona non-qrata elan edib və onu məxfi xidmətlərə gizli işləməkdə ittiham edib. İndi Belarus səfirliyinin yuxarıda adı çəkilən əməkdaşı üç gün ərzində Çexiyanı tərk etməyə borcludur.
Əziz Mustafa